Axtarışa helikopter cəlb olunub.
Xəzərdə daha bir balıqçı batıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirallahı rayonu ərazisində dənizdə 1 balıqçının batması barədə məlumat daxil olub.
Hava şəraiti əlverişsiz olduğundan axtarışa bu gün Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.