Xəzərdə əməliyyat: batan şəxs xilas edildi

Xəzərdə əməliyyat: batan şəxs xilas edildi
SOSİAL
17:18 20.06.2017
740
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
 
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat saat 16:15-də başa çatıb.
OXŞAR XƏBƏRLƏR