Xəzərdə faciə: 4 balıqçı itkin düşdü, birinin meyiti tapıldı

Xəzərdə faciə: 4 balıqçı itkin düşdü, birinin meyiti tapıldı
Bütün Xəbərlər
08:55 26.11.2012
1256
Xəzər dənizinin Xaçmaz rayonu ərazisində 4 balıqçının olduğu qayıq batıb.Ötən gün axşam saatlarında balıqçılardan heç bir xəbər çıxmadığına görə onların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və helikopter cəlb edilib.Batan balıqçılar - Siyəzən rayonu Yenikənd qəsəbə sakinləri, 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlu, 1991-ci il təvəllüdlü Əkbərov Əkbər Fəxrəddin oğlu, 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlu və Xaçmaz rayonu Müqtədir qəsəbə sakini 1987-ci il təvəllüdlü İlyasov Seymur Arif oğlu axtarışına başlanıb. Onlardan Əkbərov Vüsal Fəxrəddin oğlunun meyiti tapılıb. Dalğalar balıqçıların qayığını da sahilə çıxarıb.Digər 3 balıqçının axtarışları davam etdirilir.Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda 3 balıqçının axtarışları davam etdirilir.Axtarışa Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri də cəlb edilib.
//lent.az
OXŞAR XƏBƏRLƏR