Xəzərdə itkin düşən balıqçılardan birinin meyidi tapıldı –VİDEO

Xəzərdə itkin düşən balıqçılardan birinin meyidi tapıldı –VİDEO
Bütün Xəbərlər
11:56 05.11.2015
1626
Xəzərin Xaçmaz rayonu ərazisində itkin düşən və bu gün səhər saatlarında meyidi tapılan balıqçının şəxsiyyəti müəyyənləşib.
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, meyidi tapılan balıqçı Xaçmaz rayonunun Tikanoba kənd sakini Həmzə Nurəddinovdur.
Onun meyidi rayonun Çayqaraqaşlı kəndinin ərazisində tapılıb.
10:58
Xəzərdə itkin düşən balıqçılardan birinin meyidi tapılıb. Bu gün səhər saatlarından başlayaraq balıqçıların axtarşlarına helikopter cəlb olunub. Axtarışlar zamanı balıqçılardan birinin meyidi tapılıb. Hələlik adı məlum olmayan balıqçı balıq toruna ilişib. Balıqçının meyidi Xaçmazın Niyazabad kəndindən 6 kilometr aralıda tapılıb. Həmçinin axtarışlar zamanı itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb.
Xatırladaq ki, ötən gün səhər saatlarında Xəzər dənizinin Xaçmaz rayonu Niyazabad kəndinə yaxın ərazisində balıqçı qayığı batıb. Havanın küləkli olması səbəbindən batan qayıqda olan üç nəfər - Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirov itkin düşüblər.
10:36
Ötən gün Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçının axtarışları davam etdirilir.
APA-nın verdiyi məlumata görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri və aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Qeyd edək ki, itkin düşən balıqçılardan ikisi rayonun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.
Dünən günorta saatlarında Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıblar. Bir müddətdən sonra isə əlaqə itib. Onlar da bu barədə FHN-ə məlumat veriblər.
OXŞAR XƏBƏRLƏR