Xəzər dənizinin Azərbaycan tərəfində itkin düşən gəmi kapitanının cəsədi tapılıb.
Bu barədə AZXEBER.COM-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərovun meyiti dənizdən çıxarılaraq ekspertizaya göndərilib. Onun gəmidə olan qayığı bağlayarkən başından aldığı zərbənin təsirindən dənizə düşərək boğulduğu ehtimal olunur.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isəbizimlə söhbətindəbaş vermiş hadisə ilə bağlı rəsmi məlumatın veriləcəyini bildirib.Faktla bağlı araşdırma aparılır.Xatırladaq ki, hadisə dünən “Bahar” neft yatağı yaxınlığında baş verib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov hadisə nəticəsində dünyasını dəyişib.