Xəzinə axtaran 8 nəfər iş başında yaxalandı

HADİSƏ
12:11 31.01.2024
867
Türkiyənin Mersin bölgəsində xəzinə tapmaq üçün 20 metr uzunluğunda, 17 metr dərinliyində tunel qazarkən 8 nəfər cinayət başında yaxalanıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Mersin Polis qrupları Erdemli rayonunda tarixi əsərlər tapmaq üçün qeyri-qanuni qazıntı işləri aparan şübhəlilər haqqında araşdırma aparıb. 

Bəzi şəxslərin qanunsuz qazma etdiyini təyin edən polis qrupları, şübhəlilərin tutulması üçün əməliyyat təşkil edib. 

Əməliyyat zamanı qanunsuz qazıntı aparan 8 nəfər cinayət başında yaxalanıb. 

Saxlanılan şübhəlilərin tunel sistemi yaradaraq 20 metr uzunluğunda, 17 metr dərinliyində qazıntı apardıqları müəyyən edilib.
 
Qazıntıda istifadə edilən çoxlu sayda material da müsadirə edilib. Hadisə ilə bağlı istintaq davam edir. 

Oksana

OXŞAR XƏBƏRLƏR