Gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü, Şabran şəhəri, 20 Yanvar küçəsi ev 73 ünvanında pasport qeydiyyatında olan Məmmədov Rəvan Rasim oğlu saxlanılıb. Aparılan araşdırmalar zamanı onun Xaçmaz rayonu, Qaradağ Buduq kəndi ərazisində yerləşən “Xəzri” kafesində əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub.