Xilas üçün son sutka: İndoneziyanın sualtı qayığının axtarışları davam edir

Xilas üçün son sutka: İndoneziyanın sualtı qayığının axtarışları davam edir
DÜNYA
20:16 23.04.2021
677
Hind Okeanında, Bali adası yaxınlığında İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus "KRI Nanggala-402” sualtı qayığın axtarışları davam edir.

AZXEBER.COM CNN teleradio kompaniyasına istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, sualtı qayıqda oksigen ehtiyatı daha 24 saata kifayət edər.

"Axtarışlarda iştirak edən gəmilərdən biri 50-100 metr dərinlikdə güclü maqnit rezonansına malik obyekt aşkarlayıb”, - deyə İndoneziya Hərbi Dəniz Qüvvələrinin baş informasiya bölməsinə rəhbərlik edən general-mayor Əhməd Riad mətbuat konfransında bildirib.

İndoneziya Hərbi Dəniz Donanmasının yüksək texnologiyalı exolot ilə təchiz olunmuş "Riguel” gəmisi də axtarışlara qoşulub. Həmçinin Avstraliya, Sinqapur və ABŞ öz gəmiləri ilə axtarışlarda iştirak edəcək. Bir qədər əvvəl axtarışların aparıldığı rayonda suyun səthində yanacaq ləkəsinə rast gəlinib. Onun qəzaya uğrayan sualtı qayıqdan sızdığı ehtimal olunur.

Qeyd edək ki, aprelin 21-də Bali adası yaxınlığında keçirilən təlimlərin gedişində İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqla əlaqə kəsilib. Qəza zamanı qayığın göyərtəsində 53 nəfər olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”