XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir

XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir
SİYASƏT
10:44 28.08.2026
219
28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X” hesabında paylaşım edib.

"Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq”, - qeyd olunub.

OXŞAR XƏBƏRLƏR