Sergey Lavrov: "Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır"

Sergey Lavrov: "Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır"
SİYASƏT
12:47 15.01.2018
1702

"Rusiya Azərbaycan ilə ikitərəfli münasibətlərin səviyyəsindən razıdır".

AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Azərbaycan ilə strateji tərəfdaşlığımızdan çox razıyıq", - diplomat bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr prezidentlər və nazirlər arasında olan sıx dialoqa əsaslanır.

Rusiya XİN başçısı həmçinin qeyd edib ki, tərəflər müntəzəm tədbirlər, o cümlədən humanitar xarakterli tədbirlər keçirir, qarşılıqlı ticarət dövriyyəsi artır, iqtisadi əməkdaşlıq planını müəyyənləşdirən hökumətlərarası komissiya fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR