XİN-dən Lavrovun Ermənistan-Türkiyə sərhədlərinin açılması fikrinə - Münasibət

XİN-dən Lavrovun Ermənistan-Türkiyə sərhədlərinin açılması fikrinə - Münasibət
SİYASƏT
17:40 17.03.2017
1748

"Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları konstitusiyasında da təsbit olunub".

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı fikrini şərh edərkən deyib.

H.Hacıyev qeyd edib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı bu məsələ ilə əlaqədar Türkiyənin qəti mövqeyini bir daha ifadə edərək bildirmişdi ki, Türkiyə Ermənistanla sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlayıb və bu işğal aradan qalxandan sonra sərhədlər açıla bilər".

XİN rəsmisi əlavə edib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir: "Qardaş Türkiyənin bu ədalətli mövqeyi Azərbaycan hökuməti və dövləti tərəfindən yüksək qiymətləndirilir. Onu da qeyd etməliyik ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir və bu iddialar Ermənistan konstitusiyasında da təsbit olunub. Ermənistan əsassız olaraq Türkiyəni heç bir tarixi əsası olmayan qondarma "soyqırım" məsələsində günahlandırır".

H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına və qonşu dövlətlərə qarşı iddialarına son qoyulması nəticə etibarilə regionda davamlı sülhün bərqərar olmasına, nəqliyyat xətlərinin bərpa olunması və hərtərəfli regional əməkdaşlığın yaranmasına şərait yarada bilər. Bundan da ilk növbədə Ermənistan və erməni xalqı faydalana bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu