XİN: Ermənistan 30 il ərzində ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdalayıb

XİN: Ermənistan 30 il ərzində ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdalayıb
SİYASƏT
20:15 19.06.2021
581
Ermənistan Xarici İşlər Nazirliyi 18 iyun 2021-ci il tarixli bəyanatında Azərbaycanı 44 günlük müharibə zamanı Azərbaycan ərazisində qanunsuz şəkildə Ermənistan tərəfindən döyüşən hərbi cinayətləri, terror aktlarını törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZXEBER.COM-a verilən məlumata görə, Ermənistan XİN-in bəyanatında "hərbi əsirlər” və "mülki şəxslər” kimi istinad edilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir.

Qeyd edilib ki, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var:
 
"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə isə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupunun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb və bir mülki şəxsi ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı Azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ birinci Qarabağ müharibəsi zamanı mülki və hərbçi Azərbaycanlılara qarşı işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib”.

XİN nəzərə çatdırır ki, Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib: "Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan, bu ölkənin yüksək səviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ birinci Qarabağ müharibəsindən itkin düşən 4000-dək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan öncə Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək insanın fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
09:00 10.10.2026
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
08:52 10.10.2026
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
08:45 10.10.2026
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
08:40 10.10.2026
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
08:35 10.10.2026
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
08:30 10.10.2026
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
08:23 10.10.2026
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
07:50 10.10.2026
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu