XİN həbsdə olan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama verdi

XİN həbsdə olan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama verdi
Bütün Xəbərlər
11:17 08.10.2012
988
ABŞ-dan qanunsuz olaraq mikroelektronikanın çıxarılması ittihamı ilə Sevinc Tağıyeva adlı Azərbaycan vətəndaşı saxlanıb.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. 
O qeyd edib ki, Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır. Hüquq-mühafizə orqanlarından səfirliyə bildiriblər ki, ittiham irəli sürülən 11 nəfərdən biri Azərbaycan vətəndaşı Sevinc Tağıyevadır və o hazırda ixrac proseduralarını pozmaq ittihamı ilə Hyustonda həbsdədir: “Biz öz vətəndaşımıza bu məsələ ilə bağlı istənilən konsul dəstəyi verməyə hazırıq. Proseslərin gedişini nəzarətdə saxlayırıq”. 
Xatırladaq ki, oktyabrın 2-də Hyustonda ABŞ-dan qanunsuz olaraq mikroçiplərin çıxarılması ittihamı ilə 8 nəfər saxlanıb. Onlara qarşı müvafiq lisenziya olmadan ABŞ ərazisində yüksək texnologiyaların çıxarılması və casusluqla bağlı ittiham irəli sürülüb. Ümumilikdə 11 nəfərə ittiham irəli sürülsə də, onlardan 8 nəfər saxlanıb. Rusiya kütləvi informasiya vasitələri saxlanan şəxslər arasında Şövkət Abdullayev adlı daha bir azərbaycanlının olduğunu bildirir. 
OXŞAR XƏBƏRLƏR