XİN: İlham Əliyevin təqvimində Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək konfransında iştirakla bağlı plan yoxdur

XİN: İlham Əliyevin təqvimində Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək konfransında iştirakla bağlı plan yoxdur
SİYASƏT
18:11 26.12.2025
131
Məndə olan məlumata görə, Prezident İlham Əliyevin təqvimində Avropa Siyasi Birliyinin gələn il Ermənistanda keçiriləcək konfransında iştirakla bağlı bir plan yoxdur.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda Avropa Siyasi Birliyinin konfranslarla bağlı formatı dəyişib:

"Bu mənada, konfranslarda iştirakla bağlı dəvət dövlət başçılarına edilir. Məndə olan məlumata görə, Prezident İlham Əliyevin təqvimində belə bir səfər yoxdur. Amma, şübhəsiz, daha dəqiq informasiyanı Prezident Administrasiyası verə bilər".
OXŞAR XƏBƏRLƏR