"İlk dəfə Azərbaycana rəsmi səfərimdir".
Bunu Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün çətin günlərdən keçirik: "Ərazi bütövlüyü bu gün çox böyük məna kəsb edir. Moldova dünən Azərbaycana qarşı olan hadisəni pisləyir. Moldova Azərbaycanla dostluq əlaqələrini davamlı olaraq dəstəkləyir. Əminəm ki, Azərbaycana səfərim münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək".









































