Xırdalan məktəblisi Çin universitetinə qəbul oldu

Xırdalan məktəblisi Çin universitetinə qəbul oldu
SOSİAL
12:24 08.07.2026
1310

Xırdalan şəhərinin Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbinin 11-ci sinif üzrə bu ilki məzunu Selcan Cəfərli Çinin ictimai və humanitar elmlər üzrə qabaqcıl ali təhsil ocağı olan Renmin Universitetinə qəbul olunub.

Məktəbdən bildiriblər ki, Selcan universitetdə beynəlxalq siyasət ixtisası üzrə bakalavr təhsilini Çin dilində, tam təqaüdlə (təhsil haqqı, aylıq təqaüd, yataqxana və digər xərclər) oxuyacaq.

Xırdalan məktəblisini Çinin nüfuzlu ali təhsil ocağına aparan yolu onun Çin dilinə marağı və ümumi çalışqanlığı sayəsində mümkün olub. Hələ uşaq yaşlarından Çin dilini öyrənməyə başlayan Selcan ötən il Çin dili bilik səviyyəsi üzrə 6-cı mərhələ imtahanını (HSK6) uğurla verərək müvafiq sertifikat əldə edib. Keçən ay isə Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilən 19-cu beynəlxalq "Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə finalında birinci yeri tutub. Selcan bu nəticə ilə payızda Çində "Dünya Çin dili körpüsü” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, 1937-ci ildə təsis edilən Renmin Universiteti Çində dünya standartlarında universitetləri və ixtisasları əhatə edən "İkiqat birinci sinif təşəbbüsü”nə ilk daxil edilən ali təhsil ocaqlarından biridir. Çinin Təhsil Nazirliyinin son qiymətləndirməsinə əsasən Renmin Universiteti iqtisadiyyat, statistika, biznesin təşkili və idarə edilməsi, hüquq, siyasi elmlər, sosiologiya, jurnalistika və dövlət idarəetməsi istiqamətləri üzrə ölkənin bütün ali təhsil ocaqlarını qabaqlayıb. Renmin Universiteti ali təhsil müəssisələrinin beynəlxalq reytinqindən imtina etsə də, 2014-cü ildə "Times Higher Education” tərəfindən Çinin 5 ən nüfuzlu universitetindən biri elan edilib.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Renmin Universitetinin "Tarix üzrə fəxri professor” diplomu verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
13:57 28.10.2026
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
Gələn il üçün ehtiyac meyarı məlum oldu
13:34 28.10.2026
Gələn il üçün ehtiyac meyarı məlum oldu
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
13:21 28.10.2026
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
13:17 28.10.2026
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
13:08 28.10.2026
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
13:04 28.10.2026
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
12:56 28.10.2026
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır