DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qadağan edilmiş "onlayn" kazino-qumarxana təşkil etməkdə təqsirli bilinən 2 nəfəri saxlayaraq məsuliyyətə cəlb edib.Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Xətai rayon sakini, 28 yaşlı Vüqar Həsənov və Şərur rayonunda anadan olmuş, 48 yaşlı Dadaş Eyvazova məxsus Xırdalan şəhərindəki obyektdə qadağan olunmuş kazino-qumarxana aşkarlanıb.Saxlanılan şəxslər bildiriblər ki, obyekti bir neçə aydır işlədirlər. Obyektdən "onlayn" kazino oyunları üçün nəzərdə tutulmuş kompüter dəstləri, eləcə də külli miqdarda nağd pul maddi sübut kimi götürülüb.