Xırdalanda Mərkəzi Xəstəxana tikiləcək

Xırdalanda Mərkəzi Xəstəxana tikiləcək
Bütün Xəbərlər
18:39 17.04.2012
1187
Azərbaycan prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR