Xırdalandakı partlayışda yaralanan jurnalist öldü

Xırdalandakı partlayışda yaralanan jurnalist öldü
Bütün Xəbərlər
12:17 13.09.2014
915

Xırdalanda yaşayış binasında partlayış nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Respublika Yanıq Mərkəzindən məlumat verilib. Partlayışda ağır xəsarət alan Vidadi İsmayılov bu gün səhərə yaxın xəstəxanada vəfat edib. V. İsmayılov “Aztelekom” İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.

Qeyd edək ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

OXŞAR XƏBƏRLƏR