Xırdalandakı yanğınla bağlı rəsmi açıqlama

Xırdalandakı yanğınla bağlı rəsmi açıqlama
Bütün Xəbərlər
14:09 12.06.2015
1130
Bu gün səhər saatlarında Xırdalan şəhərində parkda restoran yanıb.

FHN-dən verilən məlumata görə, bir dam alında tikilmiş birmərtəbəli, mansard tipli, ümumi sahəsi 100 kv.m olan ticarət obyektində, sahəsi 70 kv.m olan kafenin mətbəxinda yanğın olub.

Ümumi sahəsi 30 kv.m olan plastik qapı-pəncərə sexinin yanar konstruksiyaları, sahibi məlum olmayan ümumi sahəsi 30 kv.m olan ev alqı-satqısı ofisinin tavanı 6 kv.m sahədə və ümumi binanın mansardı 100 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ticarət obyektinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:56-də söndürülüb.

OXŞAR XƏBƏRLƏR