Xocalı cinayətini qınayan indonesiyalıların sayı artmaqdadır

Xocalı cinayətini qınayan indonesiyalıların sayı artmaqdadır
Bütün Xəbərlər
09:30 01.03.2014
937

"Bu, Azərbaycanda günahsız müsəlmanlara qarşı ağır cinayətidi.

Biz Xocalı faciəsi haqqında məlumatları düzgün çatdırılması üçün əlimizdən gələni edirik. İndi daha çox indoneziyaslı bu qətliamı pisləyir.”

AZXEBER.COM xəbər verir ki, bu sözləri “Xocalıya Ədalət” kampaniyasının milli koordinatoru İmas Fujati İndoneziyanın paytaxtı Cakartada Rotaract Klub Cakarta Cosmopolitan tərəfindən təşkil edilmiş Xocalı qırğınının 22-ci ildönümü anma mərasimində demişdir.

Həmin tədbirdə Azərbaycanın İndoneziyada səfiri kimi çalışan Tamerlan Qarayev öz çıxışında bu faciənin tək müsəlmanlara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu qeyd etmişdir.

Qeyd etmək lazımdır ki, son illər ərzində Xocalı soyqırımını pisləyən və Xocalıya ədalət tələb edən indoneziyalıların sayı artmaqdadır. Bu yaxınlarda ölkənin Nümayəndələr Palatasının son plenar sessiyasında çıxış edən deputat Marzuki Alie bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyni qeyd etmişdir. Bundan başqa,ölkənin bir neçə dini və siyasi lideri, alimlər, ziyalılar və tələbələr bu yaxınlarda Xocalı qurbanlarına ədalət tələb olunanpetisiyaya imza atmışlar.

OXŞAR XƏBƏRLƏR