Xocalı faciəsi günü gənclər uşaq ölümünə yox dedi - FOTOLAR

GƏNCLİK
21:56 27.02.2014
2198

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Gürcüstanın Marneuli şəhərində “Marneuli Gənclər Mərkəzi”nin təşkilatçılığı və Tbilisi Qan Bankının dəstəyi ilə Tea House-da könüllü qanvermə aksiyası keçirilib.

AZXEBER.COM-un məlumatına görə, aksiyanı keçirməkdə məqsəd insan ölümü, müharibə və savaşa yox demək insanları mərhəmətli olmağa dəvət etmək, eyni zamanda uşaq ölümünə qarşı mübarizəyə insanları səsləmək idi. “Qan Donorları Assosiasiyasının” sədri Fuad Əsgərov qanvermə aksiyasında yaxından iştirak etmiş və donorlara bu nəcib addımına görə təşəkkür edib.

Aksiyada qan verən insanlar arasında Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyevdə könüllü qan verib.

Qanvermədə azərbaycanlı gənc yazar Orxan Muxtarlı, gənc jurnalist Əfsələddin Ağalarov , Azərbaycanın Gürcüstanda olan səfirliyinin nümayəndəsi Vüsal Məmmədov, Marneuli şəhərinin ictimai xadimləri, bir çox yerli idarə və təşkilat rəhbərləri iştirak edib.

OXŞAR XƏBƏRLƏR