Azərbaycanda ermənilər tərəfindən törədilən Xocalı soyqrımının 20-ci ildönümü ilə bağlı Türkiyədə bir sıra aksiyalar keçirilir. Türkiyənin Taksim metrostansiyasında Xocalıda ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşilikləri əks etdirən fotolardan ibarət sərgi açılıb. Sərgi İslam Konfransı Təşkilatının Gəncik Forumunun təşəbbüsü və dəstəyi ilə "Xocalını unutmayaq, unutdurmayaq!" devizi altında keçirilir. Aksiya metro sərnişinlərinin marağına səbəb olub. Xocalı qətliamını özündə əsk etdirən sərgi fevralın 19-dək açıq olacaq.