1992-ci ildə Şuşanın işğalına rəhbərlik etmiş erməni general öldü

1992-ci ildə Şuşanın işğalına rəhbərlik etmiş erməni general öldü
DÜNYA
15:33 31.03.2021
822
Ermənistan müdafiə nazirinin sabiq müavini, Xocalı soyqrımının təşkilatçılarından və Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş erməni cəlladllarından biri olan general-mayor Arkadi Ter-Tadevosyan ölüb.

Bunu onun silahdaşı polkovnik Ara Muradyan deyib.

O, 82 yaşında ölüb. Arkadi Ter-Tadevosyanın xəstəxanaya yerləşdirilməsi barədə şayiələr dolaşsa da, onun diaqnozu açıqlanmırdı.

Qeyd edək ki, A.Ter-Tadevosyan Xocalı soyqrımının əsas təşkilatçılarından biri olub. O, 1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatına da rəhbərlik edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR