Xocalı soyqırımını daha bir ölkə tanıdı

Xocalı soyqırımını daha bir ölkə tanıdı
Bütün Xəbərlər
16:58 23.04.2012
1825

Kolumbiya Senatında Azərbaycan torpaqlarının işğalı haqqında sənəd qəbul edilib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. 

Senatın qəbul etdiyi sənəddə Xocalıda baş vermiş cinayət soyqırım adlandırılıb. Sənədə əlavədə Azərbaycana qarşı təcavüz siyasətinin tarixi, Azərbaycanın mövqeyi, Qarabağ və ətrafındakı 7 rayonun ermənilərin işğalı altında olduğu, 1 mln-a yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü bildirilir, əhaliyə qarşı zorakılıq, insan hüquqlarının pozulması pislənilir.
OXŞAR XƏBƏRLƏR