Xocalı tədbirində dava düşdü: 4 nəfər yaralandı - EKSKLÜZİV
Bütün Xəbərlər
14:27 29.02.2012
2591
Türkiyənin paytaxtı Ankara şəhərində Hacattepe universitetində Xocalı faciəsinin 20-ci ildönümüylə bağlı keçirilən tədbirdə dava düşüb. Bu haqda AZXEBER.COM-a Türkiyədə təhsil alan tələbələr məlumat verib. “Hacettepe” universitetində keçirilən tədbir zamanı kommunist qruplaşmaları salonda irqçi şüarlar səsləndiriblər və millətçiləri faşist adlandırıblar. Bundan sonra tədbir yarmçıq dayandırılıb və gənclər küçəyə çıxaraq dava ediblər. Nəticədə 4 nəfər yaralanıb. Yaralananların hamısı azərbaycanlıdır.