Ankara Universitetində Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirində insident baş verib.
APA-nın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, azərbaycanlı tələbələrin hazırladığı bu aksiya bir qrup solçu tələbənin etirazına səbəb olub.
Etiraz əlbəyaxa dava ilə nəticələnib. Nəticədə iki tələbə yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Tələbələri sakitləşdirmək üçün universitetə polis qrupu çağırılıb. Polis gözyaşardıcı qaz vasitəsilə tələbələri dağıtmağa nail olub.AZXEBER.COM universitetin rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən Ankara Universitetində dərslər bir gün təxirə salınıb. Xatırladaq ki, 28 fevralda Türkiyənin paytaxtı Ankara şəhərində Hacattepe universitetində Xocalı faciəsinin 20-ci ildönümüylə bağlı keçirilən tədbirdə dava düşüb. Bu haqda AZXEBER.COM-a Türkiyədə təhsil alan tələbələr məlumat verib. “Hacettepe” universitetində keçirilən tədbir zamanı kommunist qruplaşmaları salonda irqçi şüarlar səsləndiriblər və millətçiləri faşist adlandırıblar. Bundan sonra tədbir yarmçıq dayandırılıb və gənclər küçəyə çıxaraq dava ediblər. Nəticədə 4 nəfər yaralanıb. Yaralananların hamısı azərbaycanlıdır. Hacattepe Universitetinin rektorluğundan məlumatı təsdiqləyiblər və rektor Murat Tuncer qeyd edib ki, təxribatçı qruplar artıq zərərsizləşdirilib və onlar haqda lazımı tədbirlər görüləcək.