"Xocalıda insanlıq əleyhinə törədilənlər Türkiyəyə qarşı da cinayətdir" - TBMM Sədri

"Xocalıda insanlıq əleyhinə törədilənlər Türkiyəyə qarşı da cinayətdir" - TBMM Sədri
DÜNYA
17:20 18.12.2019
3618

Bir millət olduğumuz üçün Xocalıda insanlıq əleyhinə törədilənlər Türkiyəyə qarşı da cinayətdir.

AZXEBER.COM bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop bildirib.

M.Şentop qeyd edib ki, bunu başda Prezidentimiz olmaqla, bütün rəsmilərimiz müvafiq platformalarda səsləndirib və Xocalıda insanlıq əleyhinə yaşanan cinayətlərin gerçək üzünü dünyaya bəyan ediblər:

"Xocalı faciəsi məsələsində Türkiyə hər zaman azərbaycanlı qardaşlarının haqlı mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".

ABŞ Senatının qondarma "erməni soyqırımı" barədə qətnaməsinin qəbuluna münasibət bildirən TBMM Sədri vurğulayıb ki, fərqli ölkələrin Türkiyəyə qarşı bu cür düşmən mövqeləri davam edərsə, Türkiyə də vəziyyəti yenidən qiymətləndirəcək və yeni bir prinsipial mövqe müəyyən edəcək: "Mən - ABŞ Senatının qondarma "erməni soyqırımı" barədə qətnaməsini ciddi qəbul etmək lazım deyil - deyə, bir açıqlama vermişdim. Çünki bu qətnamə Ankara və Vaşinqton arasında olan siyasi-iqtisadi məsələləri gözardı edərək Türkiyəni narahat etmək üçün atılan bir addımdır".

TBMM sədri hesab edir ki, ABŞ-ın əsas hədəfi Türkiyə ilə bağlı gündəmdə müzakirə edilən məsələlərdə söz sahibi olmaq və bununla da Türkiyəni sıxışdırmaq, strateji fəaliyyət qabiliyyətini azaltmaqdır. Birləşmiş Ştatlar buna nail olmaq üçün əlindən gələni edir.

M.Şentopun sözlərinə görə, ABŞ hesab edir ki, təhdid və embarqo ilə Türkiyə geri addım atacaq, lakin Türkiyə əvvəlki zəif və təhdidlərə boyun əyəcək ölkə deyil: "Türkiyə digər ölkələrlə münasibətlərini etibar və səmimiyyət üzərində qurub. Lakin Ermənistan tərəfi bu vaxta qədər konkret bir addım atmayıb. 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiyanın yaradılması və arxivlərin açılması təklifi Türkiyənin atdığı addımlardır. 100 il əvvəl baş verən hadisələri mühakimə etmək və ya qərar vermək siyasət və ya siyasətçilərin işi deyil, bu hadisələrin araşdırılması üçün qarşı tərəf də arxivləri açsın. 2005-ci ildə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan "1915-ci il hadisələrini fərqli ölkələrdən olan tarixçilər araşdırsın" təklifi ilə çıxış edib".

TBMM Sədri onu da bildirib ki, Ermənistan bunun əksinə olaraq hər il bir çox ölkədə Türkiyə əleyhinə ittiham və iftiralar səsləndirməyə davam edir: "Bütün bunları nəzərə aldıqda, Ermənistan tərəfinin etibarlı siyasi kurs izləmədiyini görürük".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
12:08 04.08.2025
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
12:04 04.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
11:54 04.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR