Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTOLAR

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTOLAR
SOSİAL
11:36 13.09.2025
245
"Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailədən ibarət  31 nəfər köçürülür. 

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR