“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Avropa Parlamentində beynəlxalq konfrans keçirilib

SİYASƏT
14:52 06.12.2013
1027

Avropa Parlamentində (AP) “Etnik təmizləmə və insanlıq əleyhinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət” adlı beynəlxalq konfrans keçirilib.

AZXEBER.COM xəbər verir ki, konfrans İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyan “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat Kampaniyası çərçivəsində, İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMİSCO beynəlxalq təşkilatı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilib.Avropa Parlamentinin Brüsseldəki mənzil qərargahında baş tutan konfransda AP-nin müxtəlif ölkələrdən olan deputatları, Belçikada akkreditə olunmuş xarici ölkələrin səfirləri, o cümlədən müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.Konfransın açılış mərasimində AP-nin Avstriyadan olan millət vəkili Karin Kadenbadic və Saccad Karim çıxış edərək bütün dövrlərdə, xüsusilə də Xocalıda insanlıq əleyhinə törədilən qətliamları pisləyib, bunun dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildirib.Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İƏT-in Avropa Birliyi üzrə nümayəndəsi Arif Məmmədov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın işğalı, o cümlədən bir milyondan artıq məcburi köçkünün olması barədə məlumat verib, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldığını diqqətə çatdırıblar.Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini panel müzakirəsi ilə davam etdirib. Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanaraq beynəlxalq təşkilatlara təqdim edilib.Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası (“Justice for Khodjaly”) 2009-ci ildən həyata keçirilir. Kampaniya tərəfindən aparılan çoxsaylı fəaliyyət nəticəsində Xocalı qətliamı İƏT Dövlət başçıları Şurası və Parlament Assambleyası, həmçinin Pakistan və Meksika parlamentləri tərəfindən soyqırımı aktı kimi tanınıb.

Qeyd edək ki, bu Xocalı faciəsi ilə bağlı Avropa Parlamentində keçirilən ilk tədbirdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır