Xocavənd, Ağdərə və Zəngilandakı yanğınların söndürülməsinə helikopterlər cəlb olundu - VİDEO

Xocavənd, Ağdərə və Zəngilandakı yanğınların söndürülməsinə helikopterlər cəlb olundu - VİDEO
SOSİAL
16:18 11.08.2025
247
Ağdərə rayonunun Ortakənd və Suqovuşan kəndləri istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə baş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bundan əlavə, Xocavənd rayonunun Çörəkli və Yemişcanlı kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən havanın isti və küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğınların tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.
 

OXŞAR XƏBƏRLƏR