Xocavənddə 20 yaşlı gənc minaya düşdü

Xocavənddə 20 yaşlı gənc minaya düşdü
SOSİAL
12:27 02.10.2022
167
Xocavənddə mina partlayışı baş verib.

Bu barədə AZXEBER.COM-a Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, bu gün Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

Hadisə ilə bağlı ANAMA tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR