Xocavənddə traktor tank əleyhinə minaya düşdü

Xocavənddə traktor tank əleyhinə minaya düşdü
SOSİAL
14:49 11.11.2026
35
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baș verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Məlumata görə, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR