Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
İQTİSADİYYAT
14:50 11.11.2026
52

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır.

AZXEBER.COM xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan etibarən başlanılacaq.

Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədək elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir. Müraciətlərin qəbulu Mygov portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini "SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.

Bununla yanaşı bildirilir ki, sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlər həcmində müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan etibarən həyata keçiriləcək.  

Müraciətə dair təlimatla Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin Mygov portalının müvafiq bölməsində tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR