Xorvatların qisası ağır oldu 3:0 (NƏTİCƏLƏR)

İDMAN
01:41 12.11.2011
1791
Bu gün AVRO-2012-nin pley-off mərhələsinin ilk oyunlarına start verilib .AZXEBER.COM xəbər verir ki, azərbaycanlı azarkeşlərin diqqəti İstanbula yönəlib. Türkiyə Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib. 2008-ci ildə Avstriya və İsveçrədə təşkil olunan Avropa çempionatının 1/4 final mərhələsində xorvatları dramatik şəkildə penalti zərbələri sayəsində məğlub edən qardaş ölkə yığması üçün bugünkü oyunda darmadağın olub 0:3. Biliçin rəhbərliyi altında Türkiyəyə gələn Xorvatiyanın qisas almaq niyyətində olduğu heç kimə sirr deyil.Türkiyə - Xorvatiya oyunu ilə yanaşı, bu axşam daha 3 görüş keçiriləcək. Portuqaliya millisi səfərdə Bosnia - Hersoqovinanın qonağı olacaq. Günün digər görüşlərində isə Çexiya Çernoqoriyanı, Estoniya isə İrlandiyanı qəbul edəcək.Play-off oyununlarının cavab qarşılaşmaları noyabrın 15-də keçiriləcək.AVRO-2012-nin pley-off oyunları11 noyabr23:00. Bosniya və Herseqovina - Portuqaliya 0:0 23:05. Türkiyə - Xorvatiya 0:3 23:15. Çexiya - Çernoqoriya 2:0

OXŞAR XƏBƏRLƏR