Xoşqədəm ATV-də dava saldı, ən yaxın adamı işdən çıxdı

MAQAZİN
00:13 27.06.2014
4385

ATV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə verilişin icraçı prodüseri Əli Vəliyev arasında mübahisə baş verdiyinə dair məlumatlar yayılıb

AZXEBER.COM xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumata görə, səs-küy o qədər böyük olub ki, ATV-nin digər verilişlərinin əməkdaşları, hətta telekanal rəhbərliyi mübahisə gedən otağa gəlib.

İddia edilir ki, məhz bu mübahisədən sonra prodüser Əli Vəliyev işdən çıxmaq haqqında ərizə yazıb.  

Mübahisənin isə verilişdəki təşkilati işlər və bir işçinin üstündə olduğu deyilir.

Əli Vəliyevin ATV-də Xoşqədəm Hidayətqızına ən yaxın adamı hesab olunduğu deyilir.

OXŞAR XƏBƏRLƏR