Xoşqədəm Hidayətqızına 7 min manat ayrıldı

Xoşqədəm Hidayətqızına 7 min manat ayrıldı
Bütün Xəbərlər
16:00 15.02.2014
4379
Xəbər verdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi Şurası qrant müsabiqəsinin qaliblərini elan edib.AZXEBER.COM xəbər verir ki, qaliblərin siyahısında tananmış teleaparıcı Xoşqədəm Hidayətqızının da adı var. Onun sədrlik etdiyi “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi lykozlu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin monitorinqi və bu mövzuda ictimai müzakirələrin təşkili məqsədilə dövlətdən 7 min manat qrant əldə edib.
Baş redaktor və teleaparıcı kimi tanıdığımız Xoşqədəm Hidayətqızının QHT rəhbəri kimi hansı uğurlar qazanacağını isə zaman göstərəcək.
Onu da qeyd edək ki, "Üç nöqtə" qəzetinin baş redaktoru olan Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişi başlayandan sonra rəhbəri olduğu qəzetə o qədər də vaxt ayırmır. 
OXŞAR XƏBƏRLƏR