Kadr tamaşaçıların diqqətindən yayınmayıb.
ATV telekanalında yayımlanan, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinin sonuncu buraxılışında efirə gedən bir kadr tamaşaçıların diqqətindən yayınmayıb.AZXEBER.COM azvision.az-a istinadən xəbər verir ki, belə ki, verilişin Qazaxıstanda aparılan çəkilişlərində Azərbaycan bayrağı tərsinə asılıb.
Bayrağımızın tərsinə qoyulması hörmətsizlik və bayrağa qarşı təhqir hesab edilir.
Bu cür hallar müxtəlif verilişlərdə, filmlərdə, tədbirlərdə dəfələrlə təkrarlanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.
Təqdim etdiyimiz videonun 33-cü dəqiqəsində Azərbaycan bayrağının tərsinə asılmasının şahidi ola bilərsiniz.