Xristian dünyası qarışdıran məktub: ‘12 ayın içində onu öldürəcəklər’

Xristian dünyası qarışdıran məktub: ‘12 ayın içində onu öldürəcəklər’
Bütün Xəbərlər
22:36 10.02.2012
2555

Bir başyepiskopun iddiası İtaliyanı qarışdırdı

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, İtaliyanın "İl Fatoo Quotindiano" qəzeti bir baş yepiskopun Papa 16-cı Venediktin 12 ay içərisində öləcəyini söylədiyini yazıb.

Qəzetin yazarı Marko Lillo yazır ki, baş yepiskopun keçən il Çinə etdiyi səfər zamanı söylədiyi “Papa 1 il ərzində öləcək” sözlərindən sonra bir kardinal Papa XVI Benediktə xəbərdarlıq məktubu göndərib.

“İl Fatto Quotidiano” qəzeti məktubun surətini ələ keçirərək bunu “Papaya sui-qəsd” başlığı ilə yayınlayıb: "İddiaya görə, Palermo baş yepiskopu ötən il noyabrın 6-da Çinə etdiyi səfər ərzində bəzi şəxsi görüşlər keçirib. O, görüş ərzində bəzi din adamlarına deyib ki, Papa 12 ay ərzində öləcək. Bu iddia ilə yanaşı o, yeni Papanın Milan baş yepiskopu Angelo Skola olacağını da söyləyib. Kolumbiyalı kardinal Dariyo Kastrilyan Hohyos isə bu sözlərdən təşvişə düşərək Papaya məktub yazaraq onu xəbərdar edib. Kardinalın 2011-ci il dekabrın 30-da qələmə aldığı məktub yanvar ayında Papaya çatıb”.

Vatikanın rəsmi təmsilçisi Federiko Lombardi xəbəri inkar edib.

OXŞAR XƏBƏRLƏR