XRİTDX-də İnsan Resurslarının İntelektual qiymətləndirmə Sistemi tətbiq edildi

XRİTDX-də İnsan Resurslarının İntelektual qiymətləndirmə Sistemi tətbiq edildi
SOSİAL
11:32 12.02.2026
445
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən informasiya təhlükəsizliyi sahəsində çalışan insan resurslarının inkişafı, peşəkar bilik və bacarıqların ölçülə bilən meyarlar əsasında qiymətləndirilməsi, habelə sahə üzrə institusional biliklərin sistemli şəkildə idarə olunması məqsədilə İnsan Resurslarının İntellektual Qiymətləndirmə Sistemi tətbiq edilib.

Yeni Sistem dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları istiqamətində fəaliyyət göstərən əməkdaşlarının peşəkar hazırlıq və bilik səviyyələrinin, peşə səriştələrinin və funksional bacarıqlarının müasir qiymətləndirmə alətləri vasitəsilə yoxlanılaraq qiymətləndirilməsini təmin edir. Qiymətləndirmə nəticələrinə əsasən sözügedən mütəxəssislərin müvafiq səriştə səviyyələrinin yüksəldilməsi üçün uyğun təlimlər keçirilərək nəticələrini əks etdirən sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu yanaşma sahə üzrə peşəkar standartların vahid platforma üzərindən formalaşdırılmasına və insan resurslarının keyfiyyət göstəricilərinin institusional səviyyədə ölçülməsinə xidmət edir.

Sistemin təqdimatında iştirak edən XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev platformanın funksional imkanları ilə tanış olub. Xidmət rəisi bildirib ki, təşəbbüsün əsas məqsədi qiymətləndirmə proseslərini yalnız rəqəmsal müstəviyə keçirmək deyil, dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları sahəsində çalışan kadrların peşəkar səviyyəsinin obyektiv meyarlarla müəyyən edilməsi, səriştə boşluqlarının dəqiq identifikasiyası və inkişaf proseslərinin planlı şəkildə idarə olunmasıdır. O vurğulayıb ki, Sistem sahə üzrə vahid yanaşmanın formalaşmasına və peşəkar intizamın gücləndirilməsinə mühüm töhfə verir.

Eyni zamanda Sistem qiymətləndirmə mexanizmlərinin vahid standartlar əsasında tənzimlənməsini, proseslərdə şəffaflığın və hesabatlılığın artırılmasını, eləcə də insan resurslarının idarə olunmasında rəqəmsal və analitik yanaşmanın tətbiqini təmin edən kompleks platforma kimi fəaliyyət göstərir.

Bu çərçivədə, Sistem vasitəsilə aparılan qiymətləndirmə nəticələrinə əsasən, dövlət qurumlarında müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərinin nəzəri və praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə XRİTDX tərəfindən hədəfli təlim proqramlarının təşkili həyata keçirilir.

Qeyd edək ki, Sistem vasitəsilə ilkin mərhələdə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin  müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələri qiymətləndirilmişdir. Hazırda XRİTDX tərəfindən sözügedən qurumlarının sahə üzrə çalışan əməkdaşları üçün ikihəftəlik təlim proqramlarına başlanılmışdır. Təlimlər Bakı Ali Neft məktəbində yeni istifadəyə verilmiş  "İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub