Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək

MƏDƏNİYYƏT
17:35 20.10.2020
401

Cari il 18 oktyabr tarixində rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad etmişdir. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı körpü (inv. 13) isə XIII əsrdə inşa olunmuşdur. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olmuşdur.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaratmışdır. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilmişdir. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilmişdir.

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır. Bu da bir daha Ermənistan Respublikası tərəfindən "Silahlı münaqişə zamanı mədəni sərvətləri qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Əminik ki, qısa zamanda rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı azad edəcək və 30 ilə yaxın bir müddətdə dağıntılara məruz qalmış yurd yerlərimiz və bütün tarix-mədəniyyət abidələrimiz dövlətimizin bu sahədə həyata keçirdiyi fəaliyyətə uyğun şəkildə bərpa edilib yenidən xalqımıza qaytarılacaqdır.

Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:29 05.12.2020

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ

12:25 05.12.2020

Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ

12:19 05.12.2020

Gələn ilin bayram günləri açıqlandı

11:42 05.12.2020

Gəncədə “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - Foto

11:22 05.12.2020

Bakıda yaşadığı yeri tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

11:14 05.12.2020

Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

10:53 05.12.2020

“Minaya düşdük, dostum “sağsan?” deyə qışqırdı, sonra getdim ki, şəhid olub”

10:44 05.12.2020

Karantində toy edən məşhur iş adamı imiş

10:42 05.12.2020

Özünə Bakıda restoranda ad günü keçirən məşhur model cərimələndi - VİDEO

23:55 04.12.2020

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

23:44 04.12.2020

Samuxda evdə partlayış olub: Xəsarət alanlar var

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”