Bu gün səhər saatlarından başlayaraq Ədliyyə Nazirliyinin icraçıları "Xural" qəzetinin redaksiyasına gəliblər və qəzetin məhkəmədə məruz qaldığı cərimə sanksiyalarına dair qətnamənin tələblərini reallaşdırıblar.
Bütöv bir iş günü ərzində redaksiyada olan və qəzetin əmlakını siyahılaşdıran ədliyyə icraçıları iş gününün bitməsinə baxmayaraq redaksiyada qalmaqda davam ediblər. "Xural"ın baş redaktoru Əvəz Zeynallı bildirib ki, artıq ədliyyə icraçıları redaksiyanın əmlakını müsadirə edərək aparırlar. Qeyd edək ki, hazırda "Xural"a dəstək vermək üçün bir sıra media quruluşlarının rəhbərləri, jurnalistlər, hüquq müdafiəçiləri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, o cümlədən deputat İqbal Ağazadə, AXP lideri Pənah Hüseynqəzetin redaksiyasındadırlar. Qəzetin əmlakı onların gözləri qarşısında müsadirə olunub.
Əvəz Zeynallı musavat.com-a açıqlamasında bildirib ki, qəzet fəaliyyətini dayandırmayacaq: "Əsasən kompüterlərimizi müsadirə ediblər. Buna baxmayaraq, qəzet fəaliyyətini dayandırmayacaq və nəşrni davam etdirəcək"










































