"Bıçaq dəydirim bədənimə? Qorxuram, kök olmağıma baxmayın. İmmunitetim zəifdir. Gedərəm, nəsə olar, oturmuşam. Özümü güclə idarə edirəm".
AZXEBER.COM musavat.com-a istinadən bildirir ki,bu sözləri aktrisa Xuraman Əlizadə TikTok-da canlı yayımda deyib.
O, köklüyünü tənqid edənlərə cavab verib:
"Mədəyə balon qoyurlar, deyirlər yaxşıdır. 2 min manatdır. Mədəkiçiltmədən qorxuram. Arıqlama çaylarına da inanmıram".