Xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi

Xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi
GƏNCLİK
13:50 13.06.2012
2990
12 İyun tarixində Müasir İncəsənət Mərkəzində “İRƏLİ” İctimai Birliyi və “Dünyaya Baxış” Beynəlxaq Humanitar təşkilatı tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunmasının əhəmiyyətini əks etdirən “İnkluziv təhsil və Azərbaycanda əlillik milli ictimai maarifləndirmə” layihəsinin bağlanış mərasimi keçirilib."İrəli"dən AZXEBER.COM-a verilən məlumata görə, layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Bakı və Sumqayıtdan 20 nəfər uşağın 60-dan çox əl işi sərgilənib. Mərasimdə ən yaxşı əl işi sahiblərinə sertifikat və hədiyyələr təqdim olunub. Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “Dünyaya Baxış” Beynəlxaq Humanitar təşkilatının Proqram rəhbəri Fəridə Əmirova və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. İlk olaraq Rauf Mərdiyev layihənin önəmliliyini vurğulayaraq qeyd edib ki, “İRƏLİ” bu səpkidə bir sıra layihələr keçirib: “Xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdən kənarda saxlamamalı, daim onlara qayğı ilə yanaşmalı və onlara bizlərdən biri olduğunu göstərməliyik”. Fəridə Əmirova inkluziv təhsilin Azərbaycanda tətbiq olunmasının önəmliliyindən danışıb, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bu prqoramın təhsilə çıxışın ən optimal yolu olduğunu bildirib. Daha sonra “İRƏLİ” İctimai Birliyinə təşəkkürünü bildirərək, gələcəkdə birgə əməkdaşlığın davamlı olacağını qeyd edib. Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarını və qabiliyyətlərini nümayiş etdirmək, həmçinin bu uşaqlar üçün təhsilin necə əhəmiyyətli olmasını vurğulamaqdır. Xatırladaq ki, layihə çərçivəsində şəhərin bir sıra kütləvi yerlərində inkluziv təhsilin önəmini əks etdirən posterlər asılmış, bukletlər paylanılıb, bilbordlarda quraşdırılıb. Eyni zamanda 1 İyun 2012-ci il tarixində 100 nəfər İRƏLİ fəalının iştirakı ilə İçərişəhər Qız Qalasının yanında “Təhsil – Təhsil hər bir uşaq üçündür” devizi altında fləşmob keçirilib.   
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər