Xutorda etiraz aksiyası oldu

Xutorda etiraz aksiyası oldu
Bütün Xəbərlər
18:02 09.08.2012
1031
Sakinlərə 1500 əvəzinə 500 manat kompensasiya təklif edilib
Binəqədi rayonundakı Xutor qəsəbəsinin sakinləri artıq illərdir köç ovqatından xilas ola bilmirlər. Bu günlərdə xutorlulara evlərini boşaltmaq haqqında göstəriş verilib. Lakin evlərinin müqabilində sakinlərə o qədər az məbləğdə kompensasiya təklif olunub ki, sakinlər küçəyə tökülüb yolu kəsməklə bu haqsızlığa etiraz ediblər.
Dünən və ondan əvvəlki günlər Xutorda yaşayan 61 ailə yolu bağlamağa cəhd göstərib. Sakinlər deyir ki, prezident İlham Əliyev müşavirədə yerindən asılı olmayaraq mənzilin kvadrat metrinə 1500 manat kompensasiya verilməsi haqqında göstəriş verib. Bundan başqa, dövlət başçısı çıxışında qeyd edib ki, evləri sökülən mənzil sahiblərinə 20 faiz də güzəşt edilməlidir. Lakin Xutor sakinləri nəinki güzəşti, sadəcə öz haqlarını tələb edirlər.
Evləri sökülən sakinlərə 300-500 manat kompensasiya təklif edirlər. Mənzili 100 kvadratdan çox olanlara 300-500 manat veriləcəyi barədə xəbər bu qədər ailənin gününü qara edib. İndiyə qədər hələlik təklif olunan ən yüksək kompensasiya 700 manatdır. //// Gündəlik Teleqraf
OXŞAR XƏBƏRLƏR