FİFA qadınlardan ibarət yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Millimiz budəfəki siyahıda 7 pillə geriləyərək 74-cü pillədə qərarlaşıb.
İndi komandamızın aktivində 1341 xal var. Komandamız ötən ay açıqlanmış reytinq cədvəliylə müqayisədə 10 xal az toplayıb.
Siyahıya isə ABŞ-ın qadınlardan ibarət yığma komandası başçılıq edir. Amerikalıların aktivində 2185 xal var. Almaniya ikinci (2153 xal), Braziliya isə üçüncü (2116 xal) yerdə qərarlaşıb.