Yəmən prezidenti vətəndaş müharibəsi ilə hədələyib

Bütün Xəbərlər
20:30 22.03.2011
1717

Məsələ burasındadır ki, bunlar sadəcə istefa yox, tərəfdəyişmə adlandırıla bilər.

Bir nüfuzlu general və bir sıra başqa rütbəli zabitlər anti-hökumət etirazçılarını dəstəklədiklərini bildiriblər.

Prezident bildirib ki, bu cür hərəkərlər ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.

Etirazçıların öz aralarında da narahatlıq var. Onlardan İbrahim adlı birisi BBC-yə müsahibəsində ordunun ikiyə parçalanmasını böyük təhlükə adlandırıb.

"Yaxın saatlarda nələrin baş verə biləcəyinə dair bir qeyri-müəyyənlik var, - deyib etirazçı, - Dünən müdafiə naziri bəyanat verdi ki, ordudan heç kəs inqilab tərəfinə keçməyib və onlar prezidenti dəstəkləyirlər. Bu vəziyyət barədə verilmiş yeganə rəsmi bəyanatdır və vəziyyəti daha da qızışdırır.

Etirazçı İbrahim deyir ki, tərəflər razılığa gəlsələr zorakılıqların qarşısını almaq olar:

"Ümid edirəm ki, prezident və başqa hərbi liderlər bundan sonrakı addımlarını nəticələri düşünərək, ağılla atmalıdırlar, çünki küçələrdə artıq 300 min insan var. Daha bir toqquşmanın nəticəsi ağır ola bilər”.

//BBC

 

OXŞAR XƏBƏRLƏR