'Ya hamı bizə nifrət edəcək, ya da ki, hamı bizə baxacaq'

MAQAZİN
16:56 08.10.2012
1808
Yeni veriliş bomba kimi partlayacaq. AZXEBER.COM  xəbər verir ki, mövsümün ən gözlənilən verilişi tezliklə efirdə olacaq. Artıq bir müddətdir ki, hələ efirə hazırlanan verilişin ətrafında söz-söhbətlər səngimək bilmir. Bəziləri onun nə haqda olacağını tapmağa, digərləri isə artıq hazırlanmış materialların efirə getməməyinə mane olmağa çalışır. Lider TV-də yayımlanacaq “Super kimdir?” verilişinin ərsəyə gətirən əsas adlar layihə haqda danışdı. “Super kimdir?” verilişinin layihə rəhbəri və rejissoru Novruz Məmmədov bunları dedi: “Mən əminəm ki, bu veriliş Azərbaycan şou-biznesinin inkişafında az da olsa, təkan olacaq. Əslində, komanda olaraq elə məqsədimiz də budur. Çünki bu verilişə baxan tamaşaçılar maariflənərək kumirlərinə qarşı tələblərini artıracaq, yerli ulduzlar isə hər zaman rəqabət hiss edəcəklər. Çünki “Super kimdir?” verilişində şou nümayəndələrinin hər biri yarışaraq bu suala cavab olaraq öz adlarını görmək istəyəcəklər”. Novruz verilişin formatından da danışdı: “Belə formatda veriliş Azərbaycanda ilk dəfə olacaq. Yerli tamaşaçı hələ belə əlvan, templi və həyəcanlı, ən əsas isə dürüst veriliş görməyib. Əminəm ki, televiziyada ilk rejissor işim uğurla qarşılanacaq”. “Super kimdir?” verilişinin redaktoru, kəsərli qələmi ilə tanınan Ülviyyə Alovlu da bizə bəzi sirləri açdı: “Veriliş yerli ulduzların qarşıdurması haqda olsa da, biz onları yarışdırmırıq, onlar özləri-özləri ilə yarışırlar. Tamaşaçılar isə həmin ulduzların bioqrafiyası, yaradıcılığı və şəxsi həyatında bir çox bağlı məqamları aşkar etmiş olacaq. Bu səbəbdən ya hamı bizə nifrət edəcək, ya da ki, hamı bizə baxacaq” – deyə, şairə-jurnalist gülümsəsə də həyəcanını gizlətmədi. “Super kimdir?” verilişini bu həftədən etibarən hər həftənin çərşənbə axşamı, yəni artıq sabah, oktyabrın 9-u saat 22.15-də Lider TV-dən izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR