Yaşar Nuri: "Hərarətim yalnız Bakı yadıma düşəndə qalxır"

ŞOU-BİZNES
10:57 02.03.2011
1520

Artıq bir neçə aydır Türkiyədə İstanbulun Memorial xəstəxanasında müalicə olunan Azərbaycanın Xalq artisti Yaşar Nuri özünü yaxşı hiss edir. Aktyorun Bakıya nə vaxt dönəcəyi martın 6-da həkimlərin son müayinəsindən sonra məlum olacaq. Bu barədə ANS-ə müsahibəsində sənətkarın özü məlumat verib. 

Xalq artisti artıq normal qidalandığını və sərbəst hərəkət etdiyini deyib. O, özü ilə yanaşı, bütöv Azərbaycan xalqına da arzularını çatdırıb. “Hamını mənim adımdan təbrik edin. Əsas cansağlığıdır. İndi yavaş-yavaş gəzirəm, ardını gəlib Bakıda davam etdirəcəm. Bakıda da fizioterapiya var”. 

Xalq artisti Bakı üçün darıxdığını da bildirib: “Hərarətim yalnız Bakı yadıma düşəndə qalxır. Hamıya cansağlığı, özümə yaradıcılıq uğurları, sentyabrda ad günümü yaxşı yola verməyi azulayıram”. 

Xatırladaq ki, Xalq artisti Yaşar Nuri noyabrın 9-da İstanbul şəhərindəki Memorial xəstəxanasına yerləşdirilb. Aktyorun səhhəti isə noyabrın 6-da axşam saatlarında pisləşib. O, yüksək təzyiqlə Bakının özəl tibb müəssisələrindən birinə, səhəri gün isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artistinə hipertonik-krizis diaqnozu qoyulub. Aktyor iki il öncə eyni xəstəxanada qaraciyər transplantasiyası əməliyyatı keçirib.

 

OXŞAR XƏBƏRLƏR