AZXEBER.COM-un milli.az-a istinadən məlumatına görə, sərxoş vəziyyətdə avtomobil idarə etməkdə, qəza törətməkdə və polis onu saxlayarkən alkoqol testindən keçməkdən boyun qaçırmaqda ittiham olunan Karellə bağlı məhkəmə hökmü təxirə salınıb.Karel 2005-ci ildə İstanbulun Şişli səmtində qəza törətmiş və polisin tələblərinə tabe olmamışdı.Tolqa Karel idarə etdiyi maşını taksiyə çırpmışdı. Qəzada taksi sürücüsü başından yüngül yaralanmış, sərnişin isə yüngül xəsarətlər almışdı.Şişli məhkəməsinin Karel barəsindən çıxardığı 6 aylıq həbs qərarının icrası təxirə salınıb.